La Liqada qalmaq uğrunda yarışan “Malyorka” autsayder “Alaves”i qəbul edib. Meydan sahibləri ilk hisədə 2 qol vurublar. Abdon Prats və Vedat Muriqi fərqlənib. Fasilədən sonra Antonio Raillonun avtoqolu yekun nəticəni müəyyənləşdirib:  “Malyorka” – “Alaves” 2:1.  Qələbə sayəsində Malyorka düşmə zonasında olan “Qranada”nı 3 xal qabaqlayaraq 32 xalla 16-cı yerə yüksəlib. Mövsümdə 20-ci dəfə uduzan “Alaves” isə 25 xalla autsayderdir.

“Vilyarreal” doğma arenada “Valensiya”ya  2:0 hesabı ilə qalib gəlib. Hər iki qolu Arno Danjuma vurub. Ardıcıl 2-ci qələbəsini qazanan “Vilyarreal” 52 xalla turnir cədvəlində 7-ci pillədədir. 10 xal geri qalan “Valensiya” 10-cu  yerdədir.

“Elçe” isə səfərdə “Betis”i minimal hesabla məğlub edib. Yeganə qolu Tete Morente vurub. “Elçe” hazırda 38 xalla 13-cüdür. “Betis” isə 57 xalla 5-ci yerdədir. La liqaya 75 xalla “Real Madrid” başçılıq edir. “Kral klubu ən yaxın rəqiblərini 15 xal qabaqlayır.